Əziz müəllimim

         5 Oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə məktəbdə “Əziz müəllimim “ adlı tədbir keçirilib. Tədbirdə məktəbdə işləyib təqaüdə çıxmış müəllimlərin stentinin açılışı olub. Məktəbə dəvət olunan təqaüdçü müəllimləri IV  sinif şagirdləri salamlayaraq konsert proqramı ilə təbrik edib.

         Həmçinin qonaqlardan Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Əzizbəyov Rayon Təhsil şöbəsinin sabiq müdiri İlham Məmmədov, Həmkarlar İttifaqının sədri Həzərxan Əbilov qocaman müəllimləri peşə bayramları münasibəti ilə təbrik edib. Müəllimlər məktəb direktoru tərəfindən fəxri fərmanlarla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi