Ulu öndərin xatirəsinə şahmat turniri

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar məktəbimizdə keçirilən tədbirlərdən biri də şahmat turniri olub. Turnir ibtidai siniflər arasında keçirilib. Münsiflər heyətində direktor və müavinlər iştirak edib. Qalib gələnlər diplom və medalla mükafatlandırılıb. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.