Zərərli vərdişlər sağlamlığa qəsddir!

Məktəbdə mütəmadi olaraq zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlər və görüşlərdən biri də 28.04.2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının müəllimləri Ata Vəliyev və İsmayıl Əmirli ilə baş tutub.
Ata Vəliyev şagirdlərə siqaretin insanı apardığı uçurumdan, İsmayıl Əmirli internetdən düzgün istifadədən bəhs ediblər.
Bu görüşlərdə keçirilən məqsəd şagirdlərin sağlam həyat tərzini təmin etmək, onları səhv yoldan çəkindirmək, zərərli vərdişlərin qurbanı olanların sayını azaltmaqdır.