Mədəniyyət sənətkarlıqdan başlayır

07.04.2023 cü il tarixində məktəbin müxtəlif peşə ixtisasları ilə maraqlanan IX sinif şagirdlərinin Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyasi təşkil olunub. Bu Peşə Məktəbinde şagirdlər zərgərlik, işıq operatoru, kinomontajçi, səs operatoru, aşbaz, bərbər, dərzi, geyim üzrə dizayner, florist, vitraj kimi maraqlı və dövrümüzün tələbləri olan peşələrlə tanış olublar. Hər bir şagirdin maraqlandığı peşə haqqında geniş ətrafli məlumat verilib.