İdman həftəsi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 02/TQÇ-7-99 nömrəli məktuba əsasən nazirlik tərəfindən təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi üçün məqsədyönlü işlər aparılıb.
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart Bədən tərbiyəsi idman günü ərəfəsində 27 fevral-3mart 2023-cü il tarixində məktəbdə idman həftəsinin keçirilməsi üzrə yarışlar aparılıb. Yarışlarda V,VI-cı siniflər arasında maneəli qaçış, VII siniflər arasında sürətli qaçış, VIII-IX siniflər arasında voleybol yarışı, X-XI siniflər arasında futbol yarışı, qol güləşi kimi yarışlar keçrilib. Qaliblər sertifikatla təltif olunub.