Peşə təhsili müəssisəsi ilə şagirdlərin görüşü

22.02.2023 cü il tarixində məktəbdə Peşə təhsili ilə bağlı tədbir keçirilib. Tədbirdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri iştirak edib. Mərkəzdə avtomatika, elektronika, elektrotexnika, mebel, dizaynerlik kimi peşələr haqqında məlumatlar verilib. Məktəbimizin IX və XI sinif şagirdlərinin peşələr ilə bağlı müxtəlif sualları cavablandırılıb. Tədbirdə məktəbin Peşə Təhsili üzrə koordinatoru Həsənova Aytəkin peşələrin nə qədər vacib olduğu haqqında maarifləndirici söhbət aparıb.