İntellektual bilik yarışması

15 fevral 2023-cü il tarixində Mərdəkan Mədəniyyət Sarayında “Heydər Əliyev İli” çərçivəsində Xəzər rayon məktəbləri arasında intellektual bilik yarışması keçirildi.
Bilik yarışmasında Xəzər rayonunda yerləşən 181 saylı orta məktəbin “Zəfər” komandası, 156 saylı orta məktəbin “Parlaq zəkalar”, 124 saylı tam orta məktəbin “Qarabağ”, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin “Xarı bülbül” komandaları iştirak edib. Fəal iştirakına görə bütün komandalar diplomlarla təltif olunublar