Gender Əsaslı Zorakılıqla Mübarizə

29.11.2022-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə dəstək  Mərkəzinin təşkilatçılığı ilə F.Gözəlov adına 124 saylı tam orta məktəbdə “Gender Əsaslı Zorakılığa və Uşaqlara Qarşı  Zorakılığa Yox Deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə Şüvəlan Uşaq və Ailələrə dəstək  Mərkəzinin əməkdaşları və F.Gözəlov adına 124 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Şüvəlan Uşaq və Ailələrə dəstək  Mərkəzinin sosial iş üzrə mütəxəssisi Məmmədova Arzu “ Zorakılıq” mövzusu ilə çıxış edib. Daha sonra mərkəzin sosial iş üzrə mütəxəssisi Kərimova Aysun “ Gender Əsaslı Zorakılıq”  mövzusunda təqdimatla çıxış edib. Tədbirin sonunda  şagirdləri maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri şəkilib. Uşaqların sayı qədər , 70 ədəd buklet paylanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi