Vətən sevgisi məktəbdən başlayır

Məktəbimizin bir çox şagirdləri ibtidai təhsilini başa vurduqdan sonra sənədlərini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə verir. Bura qəbul olan şagirdlərimizdən biri VII sinif şagirdi və III kurs tələbəsi Əzizli Riyad İlkin oğlu DSXM-in göndərişi ilə məktəb, buradakı təhsil haqqında məlumat verərək şagirdlərdə bu təhsil ocağına yaranan marağı təmin edib və onları maraqlandıran sualları cavablandırıb.
Məktəbimizdə təməli qoyulan vətənpərvər oğullarımızla fəxr edirik!