Narkotik maddələr tələdir!

Noyabrın 22-si Xəzər Rayon Gənclər və İdman idarəsində Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik maddələt tələdir” layihəsi çərçivəsində yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşdə məktəbimizin IX sinif şagirdləri də iştirak edib. Şagirdlərə təlimin mahiyyətini əks etdirən köynəklər və broşuralar verilib.