Şagirdlərin zəfər sevinci

Məktəbimizin idman müəllimləri Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Zəfər gününə həsr olunmuş bir sıra tədbirlər keçirib. Belə ki, Səlimov M. VII-VIII siniflərlə şahmat yarışı, Sadıqova T. VI siniflərlə “Maneələrlə qaçış” keçiriblər. Həmçinin Zeynalova X. sinif rəhbəri olduğu 5Ə sinfi ilə “ Qarabağ Azərbaycandır” adlı videoçarx hazırlayıb. Orucova G. Zəfər günü münasibətilə sinif rəhbəri olduğu 7B sinfi ilə Hərbi marş keçirib.