Zəfər sərgisi

4 noyabr 2022-ci il tarixində şəhid Füzuli Gözəlov adına 124 №-li tam orta məktəbin akt zalında tərbiyə işləri üzrə direktor müavini Sevinc Atayeva tərəfindən Azərbaycannın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsinə həsr olunmuş “ Zəfər sərgisi” adlı bayram tədbiri keçirilib. Sərgidə məktəbin V-XI sinif şagirdlərinin Qarabağ, Şuşa , Xudafərin körpüsünə , birliyimizə həsr olunmuş vətənpərvərlik mövzusunda şəkilləri, həmçinin şəhidlərin portretləri nümayiş olunub . Tədbir şəhid anaları, qazilər və müharibə veteranlarının iştirakı ilə keçirilib. Sonda müharibə iştirakçıları Şağan bələdiyyəsinin sədri tərərfindən Fəxri Diplomlar və Xarıbülbül döş nişanları ilə təltif olunub.