Həyatın memarı – Müəllim ömrü

Məktəbimizdə müəllimə həmişə yüksək qiymət verilmiş və əməyi qiymətləndirilmişdir.
Bu il məktəbimizdən gedən ingilis dili müəllimi Sultanova Zemfira və fizika müəllimi Məmmədova Səadət üçün akt zalında tədbir keçirilmişdir. Həmin tədirdə məktəb direktorları, Həmkarlar ittifaqının sədri, icra nümayəndələri iştirak etmişlər. Şagirdlər onlar üçün musiqili kompozisiya hazırlamış və sonda müəllimlərə xatirə hədiyyələri təqdim olunmuşdur.