Müəllim sönməyən günəşdir.

        "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü " ilə  bağlı məktəbin qəbulu zamanı  II Qarabağ müharibəsində şəhid olmuş müəllimlərin xatirəsi 1 dəq.  sükutla  yad olunmuş, məktəbin direktoru Əliyev Adil müəllimləri təbrik edərək qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev müıəllimlik peşəsinə, müəllimlik əməyinə yüksək qiymət verərək demişdir: " Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən yer üzündə müəllim adından yüksək ad tanımıram."

         Müəlimlər günü ilə əlaqədar məktəbin direktoru Əliyev Adil və tərbiyə işləri üzrə d/m  Atayeva Sevinc məktəbin dünyasını dəyişmiş müəllimlərin məzarlarını ziyarət etmişlər. 124№ -li məktəbin ilk direktoru (əbədi xatirələrdə yaşayan) Zəkəriyyə Məmmədovun məzarını da ziyarət edərək hörmətlə anmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi