Anim Günü

Azərbaycan Respublikası Təhsil nazirinin “27 sentyabr Anım günü və 8 Noyabr Zəfər Günü” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə 07.09.2021-ci il tarixli
F-429 nömrəli əmrinin icrasıni təmin etmək məqsədilə məktəbin Tədbirlər Planı tərtib olunmuş və 27 sentyabr 2022-ci il tarixində Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Məktəbin rəhbərliyi Şəhidlərin məzarlarını ziyarət etmiş, məktəbdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, ilk dərslərin bir hissəsi şəhidlərin xatirəsinə həsr olunmuş, şagirdlərə Qələbə tariximizi əks etdirən videoçarxlar göstərilmiş, vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilmişdir.