Uğurlarımız

İdmanın inkişafında məktəb idmanının böyük əhəmiyyəti vardır. Məktəblilər arasında keçirilən yarışlar istedadlı idmançıların üzə çıxarılmasına müsbət təsir göstərir, onların peşəkar idmançı kimi yetişməsinə təkan verir.
Məktəbimizdə idmana çox böyük həvəs və maraq vardır. Hər il olduğu kimi bu il də müxtəlif yarışlarda qalib gələn şagirdlərimiz var.
Türkiyənin Rize şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə 7B sinif şagirdi Nəcəfov İsmayıl I yerə layiq görülmüşdür. 8Ç sinif şagirdimiz Eyvazlı Şəfiqə Türkiyədə keçirilən gimnastika üzrə yarışda I yeri tutmuşdur. 8B sinif şagirdi Məmmədov Müstəcəb güləş idmanı üzrə Bakı birinciliyində III yeri tutmuş və Respublika birinciliyə vəsiqə qazanmışdır.
7E sinfindən Kəlbiyev Əkrəm güləş üzrə II yerin sahibi olmuşdur. Səsiniz Olimpiya yarışlarından gəlsin!