Ulu öndər Heydər Əliyev-99 il

10 May 2022-ci il tarixində məktəbdə Ümummilli lider , dahi şəxsiyyət , dünya şöhrətli siyasi xadim H.Əliyevin 99-cu ildönümünə həsr olunmuş VI siniflər arasında mini yarış keçirilib. Yarış idman müəllimi Günel Orucovanın təşəbbüsü ilə təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açılaraq vətənpərvərlik mövzusunda mahnılarla davam etdirilmişdir. Sonda qalib gələn komandalar mükafatlandırılmışdır.