Oxu günü

23 aprel tarixində “Oxu günü” tədbirinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil nazirinin F-103 nömrəli əmrinə əsasən məktəbdə şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə V-XI sinif şagirdləri iştirak etmiş və münsiflər heyəti tərəfindən şagirdlərinsəhnə mədəniyyəti, intonasiyası, nitq səlistliyi və şeirin məzmununa uyğun jest və mimikadan istifadə qaydaları qiymətləndirilmişdir. Seçilən və qalib gələn şagirdlər fəxri fərmanlarla digərləri həvəsləndirici hədiyyələrlə təltif olunmuşlar.
I yerə VIIIb sinif şagirdi Məmmədzadə Səma, II yerə VC sinif şagirdi Əlizadə Firudin, III yerə VIIIÇ sinif şagirdi Əlizadə Vüsat layiq görülmüşdür.