Bahar sevinci

       18 Mart tarixində məktəbimiz Şağan Mədəniyyət mərkəzi ilə bərabər  “Bahar sevinci” adlı tədbir keçirmişdir.Tədbir məktəbin musiqi müəllimi Şakirli Nərgizin təşkilatçılığı ilə  keçirilmişdir. Burada şagirdlərin ifasında Kosa və Keçəlin məzəli çıxışları, xor dərnərinin ifası,qızların baharın gəlişi və Novruza həsr olunmuş haxıştalarıtədbirə rəngarənglik vermiş,” Qartallar” qrupunun rəqsi isə tamaşaçılarda ruh yüksəkliyi yaratmışdır.Bundan əlavə tədbirdə Şağan qəsəbə Mədəniyyət Mərkəzinin özfəaliyyət dərnəyinin üzvləri , gənc müğənnilər, o cümlədən, mərkəzin direktoru və 124 №-li məktəbin məzunu Tərlan Məlikzadə öz gözəl ifaları ilə tədbiri daha da maraqlı etdilər. Sonda şagirdlər Mərkəzin həyətində qurulmuş tonqalın ətrafında yallı oynadı və tonqalın üstündən tullanaraq Baharın gəlişini sevinclə qarşıladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi