Ənənələrimizi unutmayaq

Baharın gəlişi və Novruz bayramı ilə əlaqədar məktəbdə bir sıra tədbirlər keçirilmişdir. Məktəbin tədbirlər planına əsasən 17 mart tarixində 8-9cu siniflər arasında Novruz adət və ənənələrinə həsr olunmuş bilik yarışı keçirilmişdir. Verilmiş suallara düzgün cavab verərərk qalib yerləri tutmuş şagirdlər məktəb direktoru tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar. I yerin qalibi IXA sinif şagirdi Rza Fatimə , II yer IXB Dadaşzadə Mehdi , III yerin qalibi isə VIIIA sinif şagirdi Seyidova Nuray olmuşdur.