Xocalı nişanəsi

      Fevralın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şağan  qəsəbə Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə  əlaqədar “Xocalı nişanəsi” adlı anım tədbiri keçirilib.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.Sonra Xocalı soyqırımı qurbanlarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin 8Ç sinfinin şagirdləri sinif rəhbəri  Mərdanova Vüsalənin rəhbərliyi ilə Xocalı faciəsini əks etdirən şeirlər söyləmiş, soyqırım haqqında xarici mətbuatda dərc olunan məqalələri dinləyicilərin nəzərinə çatdırmışlar.

 Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sədri, tarix elmləri doktoru, etnoqraf Təvəkkül Səlimov və faciənin canlı şahidi olan Ağdam rayon sakini  Kəmalə Mustafayeva şagirdlərə o illərin ağrı-acısından, köməksiz insanlara edilən zülmlərdən, müsibətlərdən danışaraq məlumatlandırıblar.

  Sonda Xocalıda  törədilən amansız vəhşiliklərdən bəhs edən “Xocalı nişanəsi” adlı videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi