Əsrin faciəsi

Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “ Əsrin faciəsi” adlı tədbir məktəbimizdə 25 fevral tarixində keçirildi.Dövlət himni ilə başlayan tədbirdə Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin xoru vətənpərvərlik mövzusunda mahnılar ifa etmiş, şeirlər deyilmiş, faciəni əks etdirən kompozisiya və səhnəciklər göstərilmişdir. Tədbir direktor Əliyev Adil və tərbiyə işləri üzrə direktor müavini Atayeva Sevincin çıxışı ilə yekunlaşdırılmışdır.