Bilik yarışı

Yanvarın 18-də Mərdəkan Mədəniyyət Sarayının rəhbərliyi və 124№-li məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevinc Atayevanın təşkilatçılığı ilə Xəzər Rayon məktəbləri arasında “Bilik yarışı” keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsini əks etdirən videoçarx tədbir iştirakçılarına təqdim olunub. Tədbirin aparıcılığını 124№-li məktəbin gənc tarix müəllimi Birdanə Əzizova apararaq yarış iştirakçılarına xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı yanvar gecəsi haqqında ətraflı məlumat vermiş, Azərbaycan tarixinin dünənini və bugününü əhatə edən sualları şagirdlərə yönləndirmişdir. Məktəbimizin şagirdləri Leyla Məmmədova, Səma Məmmədzadə, Eldar Allahverdiyev və digərləri tədbirdə 20 Yanvar faciəsinə və şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirdə qalib komanda seçilməyib Bilik Yarışında iştirak edən bütün məktəblər göstərdikləri bilik və fəallığa gorə “Fəxri fərman” larla təltif olundular.