STEAM LAYİHƏSİ 124

Bakı Ekspo Mərkəzdə Təhsil Nazirliyinin dəstəyilə keçirilən “STEAM Azərbaycan Festivalı 2021-ci il” in açılış mərasimində məktıbin 7Ç sinif şagirdləri Həsənov Dəniz və Hüseynov Məhəmməd hazırladıqları “Katapult” layihəsi ilə iştirak ediblər. Respublikanın müxtəlif bölgələrini təmsil edən 1000-dən artıq şagirdin 350-dən çox layihə ilə iştirak etdiyi yarışda məktəb şagirdlərimizin iştirakı qürurvericidir. Layihə rəhbəri İsmayılova Zeynəb məktəbi “Zəfər 124” komandası ilə təmsil edib.
Uğurlarımız davamlı olsun!