Gender əsaslı zorakılığa qarşı təlim

09.12.2021-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və Xəzər Rayonu Qadın Resurs Mərkəzi tərəfindən Xəzər rayonu ərazisində yerləşən F.Gözəlov adına 124 saylı tam orta məktəbdə “Gender əsaslı zorakılığa son” və “İnsan Hüquqları” adlı tədbir keçirilib.
Tədbirdə Şüvəlan UADM-nin və Qadın Resurs Mərkəzinin əməkdaşları, AQUPDK-nin könüllüsü, 124 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər.
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılara kişilərlə qadınlar arasında bərabərsizliyi əks etdirən və zərər çəkmiş şəxslərin sağlamlığını, ləyaqətini, təhlükəsizliyini və azadlığını pozan gender əsaslı zorakılıq mövzusunda geniş məlumat verilib.Hüqüçünas insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərini təbliğ edən mövzularla çıxış edib.
Tədbir zamanı iştirakçılara slaydlar təqdim olunub.Tədbir interaktiv formada, uşaqlarla sual-cavab aparılaraq keçirilib. Uşaqların “gender nədir?”, “zorakılıq nədir?”, “zorakılıqdan necə qorunaq?” “uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda hara müraciət edə bilərlər?” suallarına ətraflı cavab verilib. Tədbirin sonunda mərkəzin bukletləri paylanılıb və iştirakçılarla xatirə şəkilləri çəkilib.