III Fibonacci çempionatında "Zəfər"

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən məktəblilərarası III Fibonacci çempionatında məktəbimizin VIIIB sinfi “Zəfər “ komandası ilə iştirak edir. 30 oktyabrdan başlayaraq hər həftənin şənbə günü keçirilən oyunda şagirdlərimiz IX, X, XI sinif şagirdləri ilə böyük əzm və həvəslə yarışırlar. Nəzərə alsaq ki, yarış bütün respublika üzrə keçirilir məktəbimizin orta sıralarda olması qənaətbəxş və sevindiricidir. Qalib yerlərdən tutmaq ümidi ilə mübarizəyə davam edirik.