Vətən savaşında tarixi Zəfər

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir təsir göstərib. Vətən yolunda şəhidlik zirvəsinə ucalan, əlini, ayağını,gözünü
və s.itirən, atasız, oğulsuz qalan, doğma torpağından qaçqın köçkün düşən minlərlə həmvətənimiz var.
Bu tarixi qoruyub saxlamaq şagirdlərdə vətənpərvərlikhissini yüksəltmək, şəhidlərimizi xatirələrdə yaşatmaq və gələcək nəsillərə ötürmək üçün məktəbimizdə bəzi siniflərə Qarabağ müharibəsi şəhidlərinin adı verilmişdir.Şəhid adı daşıyan siniflərdə həmin şəhidin həyat yolunu əks etdirən stendlər hazırlanmış, kiçik sinifdaxili tədbirlərlə şəhidlərimiz yad edilmişdir.
Bütün şəhidləri dərin hörmətlə anır, ruhları qarşısında baş əyirik.