Şəhidlik zirvəsi körpələrin gözü ilə

Vətən müharibəsi zamanı ölkəmizin hər yerindən mərd oğullarımız könüllü olaraq öz adlarını ön sıralara yazdırmışdılar.Həmçinin Xəzər rayonu Şağan kəndinin cəsur oğulları...
Kənd sakinləri ilə yanaşı F.Gözəlov adına 124№ li tam orta məktəbin müəllim və şagird kollektivi də Vətən naminə canlarında keçən şəhidlərimizin xatirəsini daim əziz tutmuş , özəl günlərində onları yalnız buraxmamışlar.
Məktəbin 2B sinfi şagirdlər, valideynlər və sinif rəhbəri Məmmədova Kübra Şağan kəndinin şəhidləri Kazımov Əmir, Əliyev Orxan və Məmmədbəyli Natiqin ev muzeyində olmuş, adına bulaq açılışında iştirak etmiş, şəhid valideynlərinin xatirələrini dinləmişlər.
Bununla yanaşı 2B sinfi adını daşıdığı şəhid baş leytenant Ceyhun Nəhmətovun ev muzeyində olub, bulağının açılışında iştirak edib, II Fəxri Xiyabanda məzarını ziyarət etmişlər.
Bu tədbirlər körpə balaların qəlblərinə igidlik, mərdlik toxumları səpərək onların vətənpərvər ruhda tərbiyə olunmalarında dərin iz buraxmışdır.