“ Müstəqilliyimiz əbədidir “

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “ 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı “na və BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbimizdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilmişdir . Ümumi məktəb üzrə tədbir 5 Noyabr tarixində məktəbin akt zalında keçirildi. Tədbir şəhidlərin ruhunu 1dəq. sükutla yad edilərək açıq elan olundu. Tədbirə Şağan kəndinin şəhidlərinin valideynləri dəvət olunmuşdu. Tədbirdə şagirdlər Zəfərimizə, Azərbaycanın bütövlüyünə həsr olunmuş şeirlər söyləmiş, məktəbin xoru vətənpərvərlik mövzusunda mahnılarla çıxış etmiş, şagirdlərin əl işlərindən ibarət sərgi təqdim olunmuşdur. Sonda şəhid valideynlərinə söz verilərək tədbir yekunlaşdırılmışdır.