Narkomaniya-uçuruma aparan yol

H.Z.Tağıyv adına 123 -li tam orta məktəbdə 22.11.2019-cu il tarixində maarifləndirici tədbir olan “Narkomaniya və QİÇS” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə kimya müəllimi Aynurə Nəcəfova açıq elan etdi. O, “Narkomaniya və QİÇS” bu gün bəşəriyyətin ən ciddi problemlərindən biri olduğunu, bu istiqamətdə dövlət tərəfindən qəbul edilən və imzalanan fərmanlar barədə şagirdlərə məlumat verdi. Şagirdlər bu mövzu ilə bağlı çoxlu rəsm əsərləri, video çarxlar hazırlamışdılar. IXa sinif şagirdləri böyük fəallıq göstərərək mövzuya çox gözəl hazırlaşmışdılar. Belə ki, şagirdlərdən B.Nicat, H.Mürsəl cəmiyyətdə “Ağ ölüm” kimi tanınan narkomaniya bəlası haqqında geniş məlumat verdilər. Daha sonra Y.Lamiyə və M.Təranə insan həyatında sağalmaz fəsatlar yaradan narkomaniya haqda təqdirəlayiq çıxışlar etdilər. Məktəbin psixoloqu Ə.Aygün şagirdlərə “Narkotik maddələrin insanda fiziki və psixi funksiyaların pozulmasına gətirib çıxardığını” söylədi. Məktəbin dil ədəbiyyat müəllimi D.Gülnarə Narkomaniya insanın mənəviyyatının məhv edir, “Canlı ölüyə” çevirir. Yeniyetmə bilməlidir ki, “Narkoman” cəmiyyət üçün qiymətini itirmiş bir varlıqdır. “Dəyirmi masa” nı Uşaq Birliyi Rəhbəri O.Şəfa yeniyetmələri narkotik alüdəçiliyindən çəkindirilməsi təşəbbüslərinə dəstək layihəsinə qoşulmağa çağırmışdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi