Şəhid son mənzilə yola salındı

06.04.2016-cı il.... Bu gün ağır günlərdən biri idi. H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbin şagirdi Şireliyev Kamran Faiq oğlunu son mənzilə yola saldıq.Vətən uğrunda layiqincə özünü doğruldan Kamran həqiqətən gözəl insan idi. Məktəbin kollektivi üçün bunları yazmaq çox ağırdı.Bir anlıq məktəbə ilk addım atanda gördüyümüz məsum simasi gözümüzün önündə canlanır. Allah ona rəhmət etsin. Məkanı cənnət olsun.Şəhidlik uca zirvədir.Şəhadətin mübarək, igid! Cənnətin qapıları bütün Şəhidlərimizin üzünə açıqdır. Kamranın ailəsinə Allahdan səbr diləyirik.Allah bütün əsgər oğullarımızı qorusun ! Amin!!!* * * * *Bu vətən , bu torpaq mənimdi deyibÜstündə vüqarla gəzdi şəhidlər.Əyninə qanından bir köynək geyibDüşmənin yolunu kəsdi Şəhidlər !!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi