Şəhidləri hörmətlə anırıq

    Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir.Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Odur ki, Vətənin şəhid olan hər bir igid oğlu kimi, bizim məktəbin məzunları da canlarını Vətən üçün fəda etdilər.

27.09.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin şagirdləri məktəb həyətində şəhid məzunlarımızın şərəfinə ucaldılan abidəni, Mərdəkan qəbirstanlığında uyuyan şəhidlərin məzarını ziyarət etdilər. Məktəbin fənn müəllimi Gülnarə Əzimova I və II Qarabağ müharibəsində şəhid olan igidlərimiz haqqında şagirdlərə məlumat verdi. Şanlı Ordumuzun tarixi qələbəsində bu igidlərin də iştirak edərək, şəhidlik zirvəsinə ucaldığını qeyd etdi.

Şəhidlər ölməz, unudulmaz! Necə ki, bizim balalarımız onları unutmur. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar.

Hər birimizin vətəndaşlıq borcudur ki, şəhid olmaları ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq! Onların ömür yolu gənclərimizə nümunədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi