“Bayraq meydanı” muzeyinə ekskursiya təşkil edildi

H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbin şagirdləri 12.04.2016-cı il tarixdə “Bayraq meydanı” muzeyinə ekskursiya etdilər.Şagirdlər muzey ekspanatları ilə tanış olur, muzey əməkdaşının verdiyi məlumatlara diqqətlə qulaq asırdılar. Sonradan IV a sinif şagirdləri müqəddəs bayrağmıza həsr edilmiş şeirlər söylədilər.Sinif müəllimi Cəfərova Şahnaz və valideyn komitəsinin sədri Məmmədova Nərminə xanım şagirdlərə bayrağa dair dəyərli tövsiyələr verdilər.Məktəbin fəal şagirdləri isə bayraqla əlaqədar öz fikir və rəylərini, bayrağın insan həyatında nə kimi rol oynadığını söylədilər.Sonda məktəb rəhbərliyi Səba xanım, Gülnarə müəllimə və digər iştirakçılar da muzey əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi