“Dövlət Bayrağı Günü” nə həsr olunmuş tədbir keçirildi

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəmcamla hər il 9 noyabr "Bayraq günü" kimi qeyd olunur.

Bu münasibətlə Xəzər rayonu H.Z.Tağıyev adina 123 N°-li tam orta məktəbdə 08.11.2019-cu il tarixində məktəbin ibtidai sinif müəllimləri  K.Aysel, M.Aysel və məktəbin psixoloqu Ə.Aygünün birgə təşkilatçılığı ilə "Bayraq Günü"nə həsr olunan tədbir və şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu.

Məktəbin direktoru Mustafayeva Sevinc və müəllim kollektivi sərgini gəzərək əl işləri ilə tanış oldu.Daha sonra Sevinc xanım  çıxış edərək, tədbir iştirakçılarını "Bayraq Günü" münasibəti ilə təbrik etdi ve bayrağımızın yaranma tarixi haqqında geniş məlumat verdi.

Tədbirdə şagirdlərin bayraq mövzusunda şeirləri,mahnıları,rəqsləri öz əksini tapdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi