İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş açıq dərs

    07.11.2019-cu il tarixdə H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbdə “Cahana sığmayan, laməkan, qüdrətli sənət nəhənglərinin bədii dühasından və idrakından doğan orta əsr Azərbaycan poeziyasının “dərvişi”, Şərq dünyasını aşaraq beynəlxalq aləmdə də tanınan İmadəddin Nəsiminin yaradıcılıq dünyası” adlı açıq dərs keçirildi.

     Fənn müəllimi Qədirova Tamirə açıq dərsin keçirilməsində bir ilkə imza atdı. Belə ki, dərs “Audiokitab” layihəsi ilə birlikdə təşkil olunmuşdur. Dərsin gedişi zamanı dərsimizi izləyən layihənin rəhbəri Həsən Həsənov, aktyorlarımız Əhliman Ərşadlı, Elçin Hacı və sevimli aktrisamız Zülfiyyə İsmayılovanın məlahətli səsi ilə “Audiokitab” vasitəsilə qəzəllər səsləndirildi. X sinif şagirdi Elgiz Mirzəliyevin qavalla çalaraq “İstəmə” qəzəlini dərvişsayağı ifa etməsi Azərbaycan ədəbiyyatının dərvişi İ.Nəsiminin dərin ümman olan klassikasının daha yaxşı anlamağa, dərk etməyə imkan verdi, dərsə sanki rəng qatdı. “Audiokitab” layihəsi 2015-ci ildən etibarən fəaliyyət göstərir. 2018-ci il dekabr ayında ölkəmizdə və bütün dünyada yayınlanmağa başlayıb. Sosialyönümlü olan bu layihədə minə yaxın kitab səsləndirilib, dörd yüzdən artıq kitab audiokitab tətbiqinə yüklənib və yüklənir. Dərsə maraq və rəng qatdıqları üçün layihənin rəhbərinə aktyorlarımıza dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi