Məktəbin 125 illik yubileyi

H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 02.11.2019-cu il tarixdə möhtəşəm bir tədbir keçirildi. 1894-cu ildə Azərbaycan xalqının maarifpərvər və messenant oğlu Hacı Zeynalabdin Tağıyev Mərdəkanda yaşayan kasıb ailələrin balaları üçün 4 illik 2 sinifdən 50 nəfərdən ibarət olan bağbançılıq məktəbi tikdirdi. Öz vəsaiti hesabına məktəbin bütün xərclərini ödəyirdi. Bu məktəbdə təhsil alan 50 kasıb balası həm bağbançılıq sənətinə yiyələndi, həm də savad alıb, dövrünün çox ziyalı, maarifçi və qabaqcıl insanlarına çevrildilər. O illərdən 125 il keçir. Bu gün yenidən Tağıyev sevənlər, qonaqlar, bu məktəbdə təhsil alan məzunlar və vaxtı ilə işləyən müəllimlər, 11 illik tam orta məktəbdə hal hazırda çalışan pedaqoji kollektiv və təhsil alan şagirdlər bu müqəddəs ocağın işığına yığışdılar. Hava soyuq olsa da, qəlblər böyük isti, sevgi, minnətdarlıq hissi ilə döyünürdü. Məktəbin direktoru Sevinc Mustafayeva gələn qonaqları və tədbir iştirakçılarını salamladı. 125 illik yubiley münasibəti ilə onları təbrik etdi. O, bu böyük bir vaxt müddətində fəaliyyət göstərən məktəbin nailiyyətləri və tarixi haqqında tədbir iştirakçılarına məlumat verdi. Hacının həyatından bəhs edən muzeyin və foyedə təşkil olunan sərginin eksponatları ilə qonaqları tanış etdi. Məktəbdə fəaliyyət göstərən Bülbülcan adına Şuşa musiqi məktəbinin və 123 №-li tam orta məktəbin birgə hazırladığı bədii və konsert proqramı hamını valeh etdi. Gələn qonaqlar böyük maraqla bütün olanları izlədilər və öz çıxışlarında məktəb rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sevinc xanımın layihəsi üzrə keçirilən tədbirin sonunda məktəb həyətində ucalan Hacının büstünün qarşısına, böyük ehtiramla tər çiçək dəstələri qoyuldu və xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi