18 Oktyabr-Dövlət Müstəqilliyi Günü

18 oktyabr Azərbaycanın Respublikasının Dövlət müstəqilliyi günü kimi qeyd olunur. Bu gün Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Bu münasibətlə Xəzər rayonu H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbdə 17.10.2019-cu il tarixində müstəqilliyimizə, çiçəklənən doğma Azərbaycanmıza həsr olunmuş şeir müsabiqəsi keçirildi. Müsabiqədə V-VIII sinif şagirdləri böyük həvəslə iştirak etdilər. Məktəbin direktoru Mustafayeva Sevinc çıxış edərək, tədbir iştirakçılarını bu gözəl gün münasibətilə təbrik etdi, şagirdlərə uğurlar dilədi. Gələcəkdə bütün müsabiqələrdə onlara daha böyük nailiyyətlər arzuladı. Tədbirin sonunda rəhbərlik tərəfindən qaliblər fəxri fərman və diplomlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi