5 oktyabr - Beynəlxalq Müəllimlər Günü

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO    1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir. Bununla əlaqədar olaraq 05.10.2019-cu il tarixdə H.Z.Tağıyev adına 123 -li tam orta məktəbdə təntələli tədbir keçirildi. Məktəbin direktoru Sevinc Mustafayeva il ərzində fərqlənən müəllimləri qiymətli hədiyyələrə və fəxri diplomla təltif etdi. Sonda şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi