31 mart Azərbaycanlıların Soyqırım Günü 31.03.2016-cı il

31.03.2016-cı il tarixində Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 31 mart-Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Xəzər rayonu İcra hakimiyyətinin məktəb kollektivi ilə birgə tədbiri keçirildi.Tədbir məktəbin həyətində uyuyan iki türk şəhidinin məzarı önündə keçirildi. Tədbirdə məktəbin direktoru Səba Həsənova, Millət vəkili Rauf Əliyev, Xəzər rayon YAP-nın təşkilat sədri N.Əhmədov,İcra başçısının birinci müavini Vaqif Həsənov, Daxili Qoşunların Ali Hərbi Məktəbinin Şəxsi Heyətinin rəhbəri general-polkovnik İlqar Məmmədov, Qarabağ Əlillər Cəmiyətinin sədri Səfa Əliyev, tarix elmləri doktoru Təvəkkül Səlimov, 181 №-li tam orta məktəbin direktoru F.Abbasova, 183 №-li tam orta məktəbin direktoru R.Abbasova 209 №-li tam orta məktəbin direktoru A.Mahmudova çıxış etdilər.Çıxış edənlər 1918-ci ildə bolşeviklərin daşnaklarla birlikdə xalqımıza qarşı həyata keçirdikləri milli qırğından danışdılar.Mart soyqırımının Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Xaçmaz, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə də törədildiyi bildirdilər.Qeyd olundu ki, Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Şagirdlərə tarixin hələ tam açılmamış səhifələrindən biri olan 31 mart soyqırımı hadisəsinin xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi unutmamaq tövsiyə edildi.Məktəb şagirdlərinin çıxışı hamını kövrəltdi.Sonda iki türk şəhidinin məzarı üzərinə əklil və tər qərənfillər qoyuldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi