Audiokitab-müasir mütaliə

H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbdə 26.09.2019-cu il tarixdə “İndi kitabları dinləmək zamanıdır !” mövzusunda “Audiokitab” təşkilat üzvləri ilə məktəb müəllim və şagird kollektivinin görüşü keçirildi. Təşkilatın yaradıcısı Həsən Həsənov, Əhliman Ərşadlı və Azadə Abbasova gördükləri işlər haqqında məlumat verdilər. Yeni texnologiyalar vasitəsilə klassik və müasir Azərbaycan, dünya yazıçıları, onların əsərləri haqqında insanlara məlumatın çatdırılması, indiki dövrdə vaxtın çatışmadığı zamanı, günün ən vacib məsələlərindən biridir. Məktəbin direktoru Mustafayeva Sevinc tədbir iştirakçılarını salamlayaraq, insanların xüsusilə yeni gənc nəslin mütaliə vərdişlərinin təkmilləşdirilməsində və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsində bu təşkilatın gördüyü işin böyük rolu olduğunu qeyd etdi. Bu işdə onlara uğurlar diləyirik. Daha sonra təşkilatın üzvləri tərəfindən müəllim və şagirdlərin sualları cavablandırıldı. Sonda xatirə şəkilləri çəkildi.

 

Ətraflı məlumat üçün bu linklərə daxil olub informasiya ala bilərsiniz.

 

http://www.audiokitab.az/

 

https://www.facebook.com/Audiokitab/?eid=ARBJCOTTTvcL4MBgzHXzD4N9qm6gSnst812zgL8W-UKZw0RYJcIn8iGy_3paSWgjnuebIM3yktzBpbUe

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi