Əbədi dostluq əlaqələri

2019-cu il sentyabrın 26-da H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbdə iki türk əsgərinin abidəsi önündə tədbir keçirilmişdir. Hazırda Qala Daxili Qoşunların Tədris Akademiyasında fəaliyyət göstərən bir qrup türk zabitləri türk əsgərlərinin məzarını ziyarət etmiş, məktəbin rəhbərliyi və kollektivi ilə görüşmüşlər. Tədbirdə çıxış edən məktəbin direktoru Sevinc Mustafayeva şanlı tarixə malik türk ordusunun qəhrəmanlıq səlnaməsindən geniş söz açaraq, Bakının azad edilməsinin bütün türk xalqlarının milli qurtuluşunda unudulmaz şanlı bir mərhələ kimi daxil olduğunu qeyd edərək bu gün qazanılmış savaşın gerçək bir hürriyyətə aparan zəfər olduğunu bildirdi. Məktəbin direktoru xüsusilə vurğuladı ki, qan tökülən və əbədi ziyarətgaha çevrilən bu yerlər heç vaxt unudulmaz və öz tökülən qanları ilə tarix yazan şəhidlərimiz xatirəmizdə daima əziz qalacaqdır. Komandan Ömər Karabulut bəy məktəbin “Şərəf” kitabına ürək sözlərini yazaraq məktəb rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi. Sonda şəhidlərimizin ruhuna dualar oxundu və abidə önünə tər çiçəklər qoyuldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi