Novruz şənliyi keçirildi

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("Gün, çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.Bu adət ənənələrmizə sadiq qalaraq 17.03.2016-cı il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də Novruz şənliyi keçirildi.Şənlikdə bir birindən gözəl nəğmələr,el adət ənənələrinə uğyun yarışlar keçirildi. Sonda tonqal kənarında müəllim və şagird kolletivi yallı gedərək bu əziz bayramı qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi