“Milli-mənəvi dəyərlərimizin təbliği” mövzusunda Breyn-Rinq yarışması keçirildi

16 yanvar 2016-cı il tarixində Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə artıq ənənəyə çevrilən Breyn-Rinq yarışmasının növbəti - bayram mərhələsi keçirilmişdir. “Milli-mənəvi dəyərlərimizin təbliği”nə həsr olunan mərhələ Təhsil Nazirliyinin 2015-ci il “Milli-mənəvi dəyərlərin təbliği və qorunması” ilə bağlı əmrinə müvafiq olaraq təşkil olunmuşdur. İntellektual yarışda VII, VIII, IX və X siniflərin indiyə kimi keçirilən yarışlarda seçilən ən fəal şagirdləri iştirak edirdilər. 6 komanda şəklində təşkil olunmuş komandalar “İlmələr”, “Səməni”, “Buta”, “Cahargah”, “Mərdəkan qalası” və “Yanar dağ” adlarıyla yarışmada təmsil olunurdular.Şagirdlər milli-mənəvi dəyərlərimizin bərpası, qorunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar. Ümümmilli liderimizin sayəsində ümummilli ideya halına gələn, bütün dünya azərbaycanlılarını birləşdirən, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilən azərbaycançılıq ideyasından söz açıldı.Tədbir boyu milli-mənəvi dəyərlərimizdən dilimiz, dinimiz, mədəniyyətimiz, incəsənətimiz, folklorumuz, milli sərvətlərimiz, tarixi keçmişimiz, adət-ənənələrimiz və s. haqqında müxtəlif suallar səsləndirildi. Şagirdlərimizdə filmlərimizə, muğam, aşıq sənətinə, böyüyə hörmət, kiçiklərə qayğı və bir sıra dəyərlərimizə maraq artırmaq məqsədilə müxtəlif oyunlar, səhnəciklər, slayd şoular təqdim olundu.Bayram əhval-ruhiyyəli yarışmada I yerə -“Mərdəkan qalası”, II yerə- “Yanar dağ” və “Cahargah”, III yerə isə “Səməni” komandası layiq görülərək, məktəb rəhbərliyi tərəfindən müxtəlif hədiyyələrə layiq görüldülər. Sonda müəllim heyətinin bir sıra tövsiyələrini də dinləyən şagirdlər bir daha dərk etdilər ki, xalqımız bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Beləliklə, bütün uşaqlar nəsildən-nəslə gəlib çıxan dəyərlərimizi bir daha tanımağa və qorumağa söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi