“Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir”

26.04.2019-cu il tarixdə H.Z. Tağıyev adına 123 -li tam orta məktəbdə “Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə Xb sinif şagirdləri iştirak etdi. Məqsəd Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş şəhid oğullarımızı yad etmək və şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirməkdir. Tədbirin rəhbəri Bahar Rəsulova məktəbin şəhid məzunları haqqında məlumat verdi, onların hal-hazırda təhsil alan şagirdlər üçün bir örnək olduğunu söylədi. Butün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi