Bayramın gəlişi ilə əlaqədar məktəbdə iməcilik keçirildi

Hər xalqın həyatında, məişətində çoxlu bayramlar olsa da, onlardan biri daha məşhur, daha sevimli olur. Azərbaycan xalqınında keçirdiyi belə bir bayram Novruz bayramıdır.Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Əsrlərin yaşıdı olan Novruz bayramı zəngin adət-ənənələrə məxsus bayramlarımızdan biridir.Bu bayramın əsas ənənələrindən biri də odur ki, bayram qabağı hər tərəfdə, evlərdə, həyətlərdə təmizlik-abadlıq işləri görülür, ağaclar əkilir.Bayramının gəlişi ilə əlaqədar məktəbimizin XI sinif şagirdləridə məktəbyanı sahədə təmizlik işləri aparıb.Məktəb sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi