Aprel döyüşlərinə həsr olunmuş tədbir

2016-cı il Aprel döyüşlərində Azərbaycanı igid oğulları şanlı tariximizə yeni bir qəhrəmanlıq səhifəsi yazdılar. Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan hər bir gənc dövlətinə, xalqına olan məhəbətini, sevgisini öz şücaəti və qələbəsi ilə sübut etdi. Şəhidlər heç vaxt unudulmur. 
            Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbin məzunu olan Şirəliyev Kamran Faiq oğlu da bu döyüşlərdə şəhid olmuşdur. Məktəb pedaqoji kollektivi və məktəbdə təhsil alan bütün şagirdlər onun məzarını il boyu ziyarət edir, ailəsi ilə mütəmadi əlaqə saxlayırlar. Aprelin 5-i və 6-da məktəbin müəllim və şagirdləri yenə də şəhidin ailəsinin yanında oldu.
            Ailə üzvləri ilə birgə şəhidin məzarını ziyarət etdilər. Məktəbin direktoru şəhidin məzarı üzərində öz çıxışında bir daha vurğuladı ki, Kamran kimi övladların qəhrəmanlığı gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün böyük örnəkdir. Həmin gün Azərbaycanımızın müstəqilliyi uğrunda 1992-1994-cü illərdəki döyüşlərdə şəhid olan məktəbin digər məzunları İsgəndərov Şahin, Cəfərov Rəfail və Əliyev Əliabbas da anıldı, onların ruhlarına dualar oxundu. Belə övladların vətən üçün yetişdirdiklərinə və tərbiyə etdiklərinə görə valideynlərinə minnətdarlıq hissi bildirildi.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad olsun !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi