Xocalı soyqırımının 24 illiyinə həsr olunmuş tədbir

Bu gün Xocalı faciəsindən 24 il keçir.Bu səbəbdən Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə XX əsrin ən böyük faciəsi sayılan Xocalı soyqırımının 24 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə iştirak edən şagirdlər öz çıxışları ilə o dəhşətli anları bizə bir daha yaşatdılar.Tədbirin sonunda məktəbimizin tarix müəllimi Səmayə xanım çıxış etdi, tarix boyu ermənilər tərəfindən başımıza gətirilən bütün müsibətləri şagirdlərin bir daha diqqətinə çatdırdı.Sonda məktəbin direktoru Səba xanım çıxış etdi, erməni cəlladləarı tərəfindən başımıza gələn müsibətlərdən söhbət açdı.Tədbirin iştirakçılarına və təşkilat komitəsinə öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi