Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları

1 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Xəzər rayon Mərkəzi tərəfindən H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
         Xəzər rayon Regional Mərkəzi ilə Bakı şəhər Təhsil şöbəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən şəhərin təhsil ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
        
Tədbirdə Xəzər Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə İdarəsinin nümayəndələri, Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir. Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “İnsan psixologiyasının qorxu və təhlükəyə qarşı hazırlığı”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişdir. Daha sonra “Dəm qazından ehtiyatlı olun” mövzusunda Fövqəladə Hallar Nazirliyinin hazırladığı videoçarx və Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi