Beynəlxalq ana dili günü

1999-cu il noyabrda YUNESKO-nun keçirilmiş iclasında fevralın 21-i Beynəlxalq Ana dili Günü elan edilmişdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Dil millətin simasını səciiyyələndirən amillərdən birincisidir.

         Böyük şairimiz Səməd Vurğun dili xalqın namusu, tarixi, vicdanı, böyük bir sərvəti və dövləti kimi qiymətləndirmişdir.

         Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ümummilli liderimiz Heydər Əliyev həmişə Ana dilimizin inkişafına böyük qayğı göstərmiş, onu yüksək dəyərləndirmiş, qorumağı tövsiyə etmişdir. “Hər bir Azərbaycan vətandaşı, hər bir azərbaycanlı öz ana dilini mükəmməl bilməlidir”. 21 fevral-Beynəlxalq Ana Dili Günü H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə də böyük həvəslə qeyd edildi. Məktəbimizin şagirdləri Ana dilimizə olan sevgilərini şeirlərlə, mahnılarla, səhnəciklərlə nümayiş etdirdilər.

         Rəhbərlik və müəllimlər tərəfindən olan çıxışlarda şagirdlərimizə vətənə, dilimizə olan sayqı və məhəbbətin daha da artırılması tövsiyyə olundu. Yaşasın Azərbaycan xalqı və Azərbaycan dili !.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi