Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum gününə həsr edilmiş tədbir keçirildi

    07 fevral 2019-cu il tarixdə H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbin kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş tədbir keçirildi. Mübariz İbrahimovun xatirəsi birdəqiqəlik sükutla yad edildi. Tədbirdə 2b sinif şagirdləri qəhrəmanın həyatından bəhs edən şeir və mahnılarla çıxış etdilər. Sonda məktəb rəhbərliyi bu cür vətənpərvər tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, Milli Qəhrəmanın şərəfli ömür yolundan danışıb, şagirdlərə tövsiyələrini verdilər, tədbirin ərsəyə gəlməsində əməyi olan kitabxanaçı S.Nigar, M. Meyransa müəlliməyə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi